Avstriyada təlim-məşq toplanışında olan "Sabah" bu gün növbəti yoxlama oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu Ukraynanın "Polissya" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" bundan əvvəl Avstriya toplanışı çərçivəsində iki hazırlıq matçı keçirib. Azərbaycan çempionu "Universitatya" (Rumıniya) və "Ferentsvaroş"la (Macarıstan) heç-heçə edib. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb.
saytlarin hazirlanmasi
