Portuqaliya millisinin forvardı bu kluba keçə bilər

12:18 - 22 İyul 2026

Portuqaliya millisinin və “Əl-Nəsr”in üzvü Joao Feliks karyerasını Fransada davam etdirə bilər.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, Meyson Qrinvudu “Fənərbaxça”ya satan “Marsel” onun boşluğunu Felikslə aradan qaldırmaq niyyətindədir.

Artıq “Marsel”in rəsmiləri portuqaliyalı üçün “Əl-Nəsr”ə müraciət edib. Səudiyyə Ərəbistanı klubu Joao üçün 30 milyon avro təzminat istəyir. Hazırda tərəflər arasında danışıqlar gedir.

Feliksin “Əl-Nəsr”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Benfika”, “Atletiko”, “Çelsi”, “Milan”, “Barselona” klublarında oynayıb.
 

Xəbər xətti