“Neftçi” – “Dinamo” matçına nə qədər bilet satılıb?

13:18 - 22 İyul 2026

"Neftçi" bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, “ağ-qaralar” ilk oyunda "Dinamo" (Belarus) ilə qarşılaşacaq.

"Palms Sports Arena"da keçiriləcək görüşə 5 min bilet satılıb. Satışların davam etdiyi və oyun saatına qədər azarkeş sayının artacağı gözlənilir.

Qeyd edək ki, "Neftçi" - "Dinamo"(Minsk) oyununa saat 20:00-da start veriləcək. 

Komandaların cavab görüşü iyulun 30-da Bolqarıstanda keçiriləcək.

Xəbər xətti