Stas Pokatilov: "Yəqin ki, karyeramı bitirdikdən sonra nəvələrimə bu barədə danışacam"

09:22 - 23 Sentyabr 2026

"Sabah"ın qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasının məşqlərinə qoşulub.

Sportal.az xəbər verir ki, təcrübəli qolkiper Qazaxıstan Futbol Federasiyasının mətbuat xidmətinə fikirlərini bildirib.

- Necəsiniz?

- Əla. Şəhərə qayıtdığım üçün şadam.

- Milli komandaya çağırıldığınız zaman özünüzü necə hiss etdiniz?

- Hər zaman hisslər əladır. Həmişə deyirəm ki, milli komandaya qayıtdığım üçün özümü şad hiss edirəm.

- Çempionlar Liqası haqqında soruşmadan olmaz. “Old Trafford"da atmosfer necə idi?

- İnanılmaz atmosfer, inanılmaz hisslər. Rəqibdən asılı olmayaraq, bunu hər zaman təkrarlamaq və növbəti matçı səbirsizliklə gözləmək istəyirəm. Çempionlar Liqası, sözün ən yaxşı mənasında, narkotik kimidir.

- Çempionlar Liqasında, Avropa Liqasında və Konfrans Liqasında oynayan Qazaxıstandan ilk oyunçusunuz. Özünüzlə fəxr edirsinizmi?

- Bilmirəm, deyəsən, hazırda hər şeyi mənimsəmirəm. Yəqin ki, karyeramı bitirdikdən sonra nəvələrimə bu barədə danışacam.

- Futbolçular üçün darıxmısız?

- Əlbəttə.

Xəbər xətti