Təmsilçimiz meydandan məğlub ayrıldı
Avstriyada təlim-məşq toplanışında olan "Simurq" bu gün həmin ölkədə ilk yoxlama oyununa çıxıb.
	
	Sportal.az xəbər verir ki, Zaqatala təmsilçisi Yunanıstanın "Oimpiakos klubu ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 20:30-da başlayan qarşılaşmada Georgi Çixradzenin komandası 1:2 hesabı ilə məğlub olub.
	
	Qeyd edək ki, "Simurq" Türkiyə toplanışı zamanı daha üç yoxlama oyunu keçirib. Gürcüstanın "Dila" klubu ilə iki dəfə qarşılaşan "Simurq" hər iki oyunda bərabərə qalıb - (3:3), (1:1). Nalçik "Spartak"ına isə 0:1 hesabı ilə uduzub.
	  
	 
Yoxlama oyunu
16 iyul
	
	
	20:30. "Simurq" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) - 1:2
	Qol: D.Zrnanoviç, 47
 
     