Ansi Aqoli: "İkinci hissə öz oyunumuzu tapa bildik"
	 
	"Bu oyunda çoxlu qol şanslarımız oldu, ancaq istifadə edə bilmədik. Mənim səhvimdən bir qol buraxdıq".
	 
	Sportal.az xəbər verir ki, bu sözləri dünən "Qarabağ" - "Pyast" oyunundan sonra Ağdam klubunun futbolçusu Ansi Aqoli deyib. Albaniyalı oyunçu da rəqiblə şansları bərabər dəyərləndirib:
	 
	"İk hissə bir az zəif oynadıq, amma ikinci hissə öz oyunumuzu tapa bildik. Növbəti mərhələyə vəsiqə qazanmaq şansı hər iki komanda üçün bərabərdir”. 
                      
saytlarin hazirlanmasi