Təmsilçimiz meydandan heç-heçə ilə ayrıldı
	 
	
		“Simurq”un Avstriya təlim-məşq toplanışını davam edir. 
	
		 
	
		Sportal.az xəbər verir ki, bu ölkədə ilk yoxlama görüşünü keçirən Zaqatala təmsilçisi İyulun 16-da Yunanıstan çempionu “Olimpiakos”a (1:2) məğlub olub və  3 gün sonra “Neftçi”nin Avroliqanın pley-off mərhələsində kənarlaşdırdığı Kiprin APOEL klubu ilə görüşü təxirə salınan Zaqatala təmsilçisi bu dəfə Türkiyə "İstanbul Böyükşəhir Bələdiyyəspor"u ilə qarşılaşıb. 
	
		 
	
		Təmsilçimiz qardaş ölkə klubu ilə 1:1 hesabı ilə bərabərə qalıb.
	
		 
	
		 
 
	Yoldaşlıq oyunu
	22 iyul
	 
	“Simurq” (Azərbaycan) – “İstanbul Böyükşəhir Bələdiyyəspor” (Türkiyə) - 1:1
                      
saytlarin hazirlanmasi