Martsin Broş: "İstənilən nəticə qeydə alına bilər"

21:21 - 24 İyul 2013

"Bizi qolsuz heç-heçə qane etmir"

 

“Sabah biz öz azarkeşlərimizin qarşısında oynayacağıq. Biz hamıya məlum olan işlənmiş taktika ilə oynayacağıq. Əsas olan öz oyunumuzu və fəlsəfəmizi nümayiş etdirməkdir”. 

 
Sportal.az xəbər verir ki, bu sözləri bu gün Avropa Liqasının II təsnifat mərhələsinin təmsilçimiz “Qarabağ”la cavab oyunöncəsi keçirilən mətbuat konfransında "Piast"ın baş məşqçisi Martsin Broş deyib. Nözbəti mərhələyə keçmək üçün əllərindən gələni edəcəklərini deyən Polşa klubunun çalışdırıcısı sözlərinə belə davam edib:
 
“Çox vacib oyuna çıxırıq. Sabah saat 17:30-da (Bakı vaxtı ilə 20:30-da) “Qarabağ”la Avroliqanın 3-cü mərhələsinə vəsiqə qazanmaq üçün 2-ci oyunumuzu keçirəcəyik. Biz heç nəyə məhəl qoymadan bu oyuna hazırlaşırıq. Sabah əlimizdən gələn hər şeyi edəcəyik ki, növbəti mərhələyə vəsiqə qazana bilək. Sabah əsas məqsədimiz mümkün olan şeyləri gerçəkləşdirmək olacaq”. Qarabağ”ın heyətində Portuqaliya, Braziliya, Gürcüstan, Makedoniyadan futbolçular var. Biz bu komanda ilə artıq bir dəfə qarşılaşmışıq. İlk oyundan fərqli olaraq, suallar qalmayıb. Biz düşündüyümüz kimi bu komandanın oyunu bir və digər ssenari üzrə dəyişə bilər. Bu keçmişdə qalıb. Sabah isə biz öz oyunumuzu göstərəcəyik”.
 
“İstənilən nəticə qeydə alına bilər. İlk oyunun nəticəsindən asılı olaraq bizi qolsuz heç-heçə qane etmir. Hər iki komanda müdafiəyəmeylli oyundan çox, qapılara zərbə vurmağı xoşlayır. Ümid edək ki, bizim zərbələrimiz qələbəni gətirəcək. Əks halda azərbaycanlıların Bakıya xoş təəssüratla ayrılmasını seyr etməli olacağıq. Bütün oyunçular qaydasındadır, bu çox vacibdir. Biz uzun zamandır sıx qrafiklər oynayırıq. Yoxlama oyunlarında çox yaxşı rəqiblərlə gücümüzü sınamışıq. Komandamı A və B heyətinə, yaxşı və pislərə bölmək istəməzdim. Oyunların qrafikinə baxmayaraq, bütün oyunçular oynamağa hazırdır. Bizdə zədəli yoxdur. Hər qarşılaşmaya optimal olan heyəti buraxmağa çalışıram”. 

Xəbər xətti