Təmsilçimiz gürcü klubunu məğlub etdi
	 
	Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası toplanış çərçivəsində ikinci oyununu keçirib. 
	 
	Sportal.az xəbər verir ki, ilk görüşdə qonşu ölkənin I divizion təmsilçisi "Mark Stars of Georgia" kollektivini 2:1 hesabı ilə məğlub edən "qırmızı-qaralar" bu dəfə Tbilisi "Dinamo"sunun əvəzediciləri ilə qarşılaşıb. 
	 
	Startdan finala qədər üstünlüyü əldən verməyən təmsilçimiz rəqibini Amil Yunanov və Əziz Hüseynovun qolları ilə 2:0 üstələyib. 
	 
	"Qəbələ" növbəti oyunu bu gün yerli "VİT Corciya" klubuna qarşı keçirəcək. 
                      
saytlarin hazirlanmasi