"Braziliyalılarla bərabər oynaya bilərik, lakin 12-ci oyunçuya qarşı yox" MÜSAHİBƏ

13:08 - 13 İyun 2014

Lovren: "Əgər bacaracaqsınızsa, əlbəttə- o , İngils dilində danışa bilmir"
 
Xorvatiya yığmasının müdafiəçisi Deyan Lovren Braziliyaya qarşı keçirilən oyundan sonra müsahibə verib.
 
Sportal.az xəbər verir ki, yaponiyalı baş hakim Yuişi Nişimura idarə etdiyi oyunla bağlı danışan  müdafiəçi bir sıra qalmaqallı açıqlamalarla yadda qalıb.


- Mən  nə deyə bilərəm? Kədərliyəm, ağlamaq istəyirəm. Hər kəs gördü . Bu FİFA üçün qalmaqaldı. Dünya çempionatından əvvəl hörmət etməkdən danışırıq, FİFA nümayəndələri bizlərə məsləhət verir və sonda? Ən yaxşısı kuboku dərhal Braziliyaya verməkdir.


-Əgər 11 metrlik cərimə zərbəsi olmasaydı, siz Braziliyanı məğlub edə bilərdiniz?
- Düşünürəm ki, biz yaxşı oyun göstərdik, Braziliyalılarla bərabər oynaya bilərik, lakin 12-ci oyunçuya qarşı yox. Burnumuzu asmaq lazım deyil. Qrupdan çıxacağımıza əminəm, amma başa düşə bilmirəm ki, hakim həmin epizoda necə fit çaldı. Oyundan sonra paltardəyişmə otağında həmin anın təkrarın izlədik və hər kəs bu suala cavab axtarır.


-Sizə nəyə görə sarı kart verildi?
-Hakimnən soruşun. Əgər bacaracaqsınızsa, əlbəttə- o , İngils dilində danışa bilmir. Siz necə başa düşürsünüz, dünya çempionatın idarə edən hakim İngiliscə danışa bilməsin, bu normal haldı?

Xəbər xətti