Baş məşqçi futbolçularına sekslə məşğul olmağa icazə verdi

17:27 - 13 İyun 2014

Skolari və Klinsman qərarlarını dəyişdirdilər
 
Dünya Çempionatı zamanı çox vaxt futbolçuların sekslə məşğul olmasına qadağalar qoyulur. Hətta bu məsələdə futbolçularla bağlı qalmaqallar da olub.
 
Sportal.az xəbər verir ki, bu dəfə durum əvvəlki çempionatlardan bir az fərqli olub. Xarici mətbuatda yayılan iddialara görə, iki böyük millinin adlı-sanlı baş məşqçiləri bu qərarda bir az dəyişiklik edib. Bunlar dünən Xorvatiyanı 3:1 məğlub edən Brazilya millisinin baş məşqçisi Skolari və ABŞ yığmasının çalışdırıcısı Yurgen Klismandır.
 
Adları çəkilən hər iki baş məşqçi futbolçuların DÇ-2014 zamanı sekslə məşğul olmalarına icazə veriblər. Bu şəxslərin qərarları hər iki yığmanın azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb. 

Xəbər xətti