Sportal.az xəbər verir ki, müdafiəçini "Qarabağ"a menecerlər təklif edib. Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov onu təlim-məşq toplanışında sınaqdan keçirmək istəyir.
Qeyd edək ki, 23 yaşlı müdafiəçi 2013/14 mövsümündə "Şkendiya"da çıxış edib. 25 oyunda meydana çıxan Belika 1850 dəqiqə oynayıb. O, əvvəllər Makedoniyanın "Ohrid", "Rabotniçki" və Rumıniyanın "Konkordiya" klublarında çıxış edib.