Sabiq "Barselona"lı DÇ-də tarixə düşüb

16:22 - 14 İyun 2014

4 mundialın kapitanı
 
Meksika yığmasının üzvü Rafael Markes tarixə düşüb.
 
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu ardıcıl 4 dünya çempionatında yığmanın kapitan sarğısını daşıyaraq adını tarixə yazdırıb.

Qeyd edək ki, Meksika yığması dünən ilk oyununu Kameruna qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb. Meydana start heyətində çıxan Rafael 90 dəqiqə oynayıb.

35 yaşlı futbolçu bundan əvvəl qatıldığı DÇ-2002-də (4 oyun, 1 qırmızı vərəqə), DÇ-2006-da (4 oyun, 1 qol) və DÇ-2010-da (4 oyun, 1 qol) Meksika yığmasının kapitanı olub.

Xəbər xətti