Messi: "Həyəcanlıyam"

16:50 - 15 İyun 2014

Ulduz futbolçu öz fikirlərini bölüşüb
 
Argentina yığmasının ulduz  hücumçusu Lionel Messi bu gecə DÇ-2014-də Bosniya və Hersoqovina milli komandasına qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb.

Sportal.az xəbər verir ki, o,etiraf edib ki,  “Marakana” stadionunda karyerasında ilk matçına çıxa biləcəyindən həyəcan keçirir:

“Bəli, həyəcanlıyam. Dünya çempionatına uğurla başlamaq istəyirik” – deyə o, Facebook səhifəsində yazıb.

Xəbər xətti