Qaliblərin oyunu Cüneyt Çakıra tapşırıldı
TÜrkiyəli hakimin DÇ-2014-də ilk təyinatı məlumdur.
Sportal.az xəbər verir ki, FİFA hakimi Cüneyt Çakır DÇ-da oynanılacaq Meksika - Braziliya qarşılaşmasını idarə edəcək. Onun köməkçiləri Bahəddin Duran və Tarık Onqun olacaq.
Çakır, 1974-cü ildə Almaniada keçirilən DÇ-da baş hakim olan Doğan Babacandan sonra DÇ-da matç idarə edən ikinci hakim olacaq.
Qeyd edək ki, qarşılaşma sabah saat 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi