"Qarabağ"ın növbəti rəqibi Çexiya klubu oldu

13:22 - 16 İyun 2014

"Şaxtyor" və "Kuban"dan sonra "Viktoriya"
 
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasına hazırlığı davam etdirir.
 
Sportal.az xəbər verir ki, Ağdam klubu Avstriya toplanışı çərçivəsində qarşılaşacağı daha bir rəqibini müəyyənləşdirib.

Təmsilçimiz Çexiya "Viktoriya"sı ilə qarşılaşacaq. Qeyd edək ki, bu komanda son mövsüm ikinci yeri tutub.

"Qarabağ" Avstriyada həmçinin Donetsk "Şaxtyor"u (23 iyun) və Rusiya "Krasnodar"ı ilə qarşılaşacaq (28 iyun).

Xəbər xətti