Yunanıstanlı futbolçu "Beşiktaş"ın hədəfində!

14:38 - 16 İyun 2014

"Fulhem"də çıxış edən yunan futbolçu "Beşiktaş"a 13 milyon qarşılığında keçə bilər
 
Türkiyənin "Beşiktaş" klubu Almeydanın yerinə yunan futbolçu Mitroğlunu heyətinə qatmaq istəyir.
 
Sportal.az Türkiyə mətbuatına istinadən  xəbər verir ki, Huqo Almeydanın yoxluğunda onun yerinə "Beşiktaş"ın Mitroğlu ilə müqavilə imzalayacağı iddia edilir. Məlumatda bildirilir ki, Türkiyə təmsilçisi yunan futbolçunun transferini Dünya Çempionatından sonra reallaşdıra bilər. "Fulhem" ilə 4 illik müqaviləsi olan Mitroglu "Beşiktaş"a 13 milyon avro qarşılığında keçə biləcəyi deyilir. 
 
Qeyd edək ki, Mitroğlu 2013-2014 mövsümündə 19 oyuna 17 qol vurmuşdu. 

Xəbər xətti