"Onun və bütün "Qarabağ" camiəsinin etimadını doğrultmaq üçün var gücümlə çalışacam"
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qarabağ" transfer çalışmalarını da sürdürməkdədir.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Danilo Dias, Tərlan Quliyevin ardından daha bir keçidi rəsmiləşdirib. Son çempion ölkəmizin gənc və istedadlı futbolçularından sayılan Cavid Tağıyevi transfer edib. 22 yaşlı Cavid Tovuz futbolunun yetirməsidir. Millimizin aşağı yaş qruplarının formasını geyinir. Yarımüdafiənin istənilən nöqtəsində oynamağı bacaran Cavidlə 3 illik müqavilə bağlanıb. İstedadlı yarımmüdafiəçi komandada 77 nömrəli formanı geyinəcək. Cavid ilkin təəssüratlarını klubun rəsmi saytı ilə paylaşıb:
"Bilirəm ki, çempion komandaya gəlmişəm. İddialı komandaya keçidimi irəliyə atılmış addım kimi qiymətləndirirəm. Sağ olsunlar, komandada məni mehriban qarşıladılar. "Qarabağ"dan təklif gələndə hara getdiyimi çox yaxşı anladım. Bilirəm ki, komandada istənilən mövqedə rəqabət var. Hər şey özümdən asılıdır. Məşqlərdə maksimum çalışıb özümü göstərməliyəm. Əgər Qurban Qurbanov məni komandasında görmək istəyibsə buna ancaq sevinə bilərəm. Onun və bütün "Qarabağ" camiəsinin etimadını doğrultmaq üçün var gücümlə çalışacam. "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm."Qarabağ" heyətində meydana çıxacağım günü səbirsizliklə gözləyirəm".
saytlarin hazirlanmasi