Türkiyənin "Eskişeherspor" klubu qitənin ali qurumuna etiraz edib
Səbəb klubun Avropa Liqasından uzaqlaşdırılması olub.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2014-2015 mövsümü üçün Avropa Liqasından uzaqlaşdırılan "Eskişeherspor" bunun üçün müəyyən edilmiş vaxt aralığından istifadə edərək UEFA-ya etiraz məktubu ünvanlayıb. Klubun mətbuat katibinin verdiyi açıqlamada bu xəbəri təsdiqləyib. "Bəli, biz Avropa Liqasından kənar qaldığııza görə UEFA-ya etiraz etmişik. Avropa Liqasının 1 və 2-ci mərhələsinin püşkünün atılmasına qədər etirazımıza cavab verilməlidir. Avropa Liqasına qatılmağ hüququnu biz qazanmışıq".
Qeyd edək ki, "Eskişeherspor" oyun alqı-satqısına görə UEFA tərəfindən cəzalandırılmışdır.
saytlarin hazirlanmasi