"Kamerun" millisi Dünya Çempionatında itki ilə üzləşib
Komandanın əsas üzvü olan Samuel Etoo zədə səbəbi ilə növbəti oyunu buraxa bilər.
Sportal.az xəbər verir ki, növbəti oyunda Xorvatiya ilə qarşılaşacaq komanda oyunu Etosuz keçirə bilər. Futbolçu açıqlamasında bunlar dilə gətirib: "Xorvatiya ilə oyunda meydana çıxmaq üçün möcüzəyə ehtiyacım var. Oynaya bilməsəm də kapitan olaraq komandama dəstək olmaq istəyirəm. Zədə səbəbi ilə məşqə çıxa bilmədim. Meksika ilə oyunda 9-cu dəqiqədən zədələndiyimi hiss etdim."
Qeyd edək ki, Kamerun millisi ilk oyunda Meksikaya 1-0 hesabı ilə məğlub olmuşdur.
saytlarin hazirlanmasi