Ulduz futbolçu ingiltərə ilə oyunda meydanda olacaq
Uruqvay millisinin hücumçusu Luis Suares DÇ-2014-ün qrup mərhələsinin ikinci turu çərçivəsində İngiltərəyə qarşı keçiriləcək matçda meydana çıxacaq.
Sportal.az xəbər verir ki, bu haqda “Liverpul”lu forvardın özü açıqlama verib: “Son günlər komandayla birgə məşq etmişəm. İngiltərəylə oyuna 100 faiz hazıram. İndi mən yalnız meydana çıxmalıyam. Vəziyyətimiz çətindir. Amma bu o demək deyil ki, 1 nəfərin çətin vəziyyətindən öhdəsindən gələcək. Biz komanda şəklində mübarizə aparmalıyıq”.
Xatırladaq ki, Suaressiz çıxdığı Kosta-Rikayla oyunda Uruqvay rəqibinə 1:3 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi