Mərakeşli futbolçu komandadan gedə bilər
"Xəzər Lənkəran" daha bir legioneri ilə yollarını ayırmağa hazırlaşır.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, mərakeşli futbolçu Zouhair Benouhi növbəti mövsümdən komandada olmayacaq. Artıq tərəflər arasında razılıq əldə olunub və futbolçu öz ölkəsində komanda axtarışına başlayıb.
Qeyd edək ki, futbolçu ötən yay komandaya qoşulsa da, istənilən performansı göstərə bilmədi.
saytlarin hazirlanmasi