Sensassiya: Son Avropa və dünya çempionu qrupda qaldı

02:06 - 19 İyun 2014

2-ci oyunda 2-ci məğlubiyyət
 
AZ öncə DÇ-2014 B qrupunda başa çatan matçda İspaniya yığması Çili millisinə 2:0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, bu nəticə dünya futbolunu şoka salıb. Belə ki, son Avropa (2012) və dünya çempionu (2010, CAR) İspaniya gözlənilmədən qrupda ikinci məğubiyyətini alaraq "play-off"-a yüksələ bilməyib. İki oyunda qapısında 7 top görən "qırmızılar" buna cəmi 1 topla qarşılıq veriblər.
 
 B qrupunda Hollandiya və Çili yığmaları hərəyə iki qələbə qazanmaqla 1/8 finala vəsiqəni təmin ediblər.

Xəbər xətti