55 milyon ver, İquaini al

00:00 - 20 İyun 2014

Napoli İquaini 55 milyona satmağa razıdır

 

“Napoli” Qonsalo İquainin transferi ilə bağlı Barselona ilə danışıqlara başlamağa hazırdır. Neapol təmsilçisi start qiymət kimi 55 milyon avro müəyyən edib.

 

Sportal.az xəbər verir ki, İspaniya mətbutaının məlumatına görə katalon klubu belə qiyməti şişirdilmiş sayır. Onlar qiyməti aşağı salmağa və ya keçid zamanı bir-iki futbolçunu əməliyyata salmağa çalışacaqlar.

 

Xatırladaq ki, Napoli Barsanın futbolçusu Xavyer Maskerano ilə maraqlanırdı. Lakin o da Luis Enrikenin planlarına daxil olan futbolçulardandır. Barselonanın 26 yaşlı argentinalı forvardla şəxsi müqaviləni razılaşdırdığı da söylənilir.

Xəbər xətti