Avstriyada təlim-məşq toplanışında olan "Simurq" son yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Georgi Çixradze yetirmələrini Qətərin "Al-Sadd" klubu ilə oyunda sınayıb.
Hesabı 8-ci dəqiqədə "Simurq" açıb. 13-18-ci dəqiqələrdə iki qol vuran qətərlilər hesabda önə keçib. 50-ci dəqiqədə təmsilçimiz bərabərliyi təmin etsə də, 79-cu dəqiqədə "Al-Sadd" qələbə qolunu vurub - 3:2.