"Simurq"un zədəliləri sıraya döndü

18:15 - 11 Noyabr 2014

Komanda yoxlama matçında "İnter"lə qarşılaşacaq

 

Zaqatalada hazırlıqları davam etdirən "Simurq" sabah Bakıya gələcək.

 

Sportal.az xəbər verir ki, sözügedən komanda Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək noyabrın 13-də "İnter"lə yoxlama görüşü keçirəcək. "İnter Arena"da oynanılacaq qarşılaşma saat 17:00-da start götürəcək.

 

Qeyd edək ki, Zaqatala təmsilçisi gündə iki dəfə olmaqla məşqə çıxır. Hazırlıqlarda milli komandaların düşərgəsində olan Rəşad Eyyubov, Rəşad Əzizli və Vadim Abdullayev iştirak etmir. Zədə səbəbindən uzun müddətdi ki, komandadan ayrı düşən Murad Səttarlı və Banas Adam artıq sıraya qayıdıb və çalışmalarda iştirak edir. "Xəzər Lənkəran"la oyunda zədələnərək oyundan çıxan Tural Axundovda artıq məşqlərə başlayıb

Xəbər xətti