Robert Prosineçki: "Londonda yaşanan ssenari Bakıda təkrarlanmayacaq"

16:00 - 27 Sentyabr 2017

"Roma" daha güclü idi. Başqa nəsə demək olmaz. Fərq ortada idi

 

Bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki Sportal.az-a açıqlamasında deyib. "Qarabağ" və "Roma"nın U-19 komandaları arasında UEFA Gənclər Liqasında keçirilən matçı "Azersun Arena"da izləyən mütəxəssis əməkdaşımıza açıqlama verib. Çalışdırıcı axşam 20:00-da bu komandaların əsas heyətləri arasında keçiriləcək matç barəsində də danışıb. Prosineçki "Qarabağ"ın çətinlik çəkəcəyini bildirib:

 

"Çox çətin oyun olacaq. "Roma" İtaliyanın ən güclü klublarından biridi. Onlar bura 3 xal üçün gəlib. "Qarabağ" üçün çətin olacaq. Proqnoz vermək çətindir. Amma Londonda yaşanan ssenari Bakıda təkrarlanmyacaq".

Xəbər xətti