Qurban Qurbanov: "Həddindən artıq psixolji gərginlik var idi"

21:07 - 22 Oktyabr 2017

Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qəbələ" doğma meydanında "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qurbanov ilk olaraq qarşılaşma haqda fikirlərini söyləyib:

 

- Rəqibi təbrik edirəm. Maraqlı oyun oldu. Futbolçularımın hamısından razı qaldı. Çətin olsa da, heyətdə rotasiya apardıq. Məğlubiyyətdən xilas olmaq istəsək də, alınmadı. uğurlu seriya davam edirsə, nə vaxtsa qırılmalıdı. Yorğunluq var, amma heyətimizi optimal formaya salaraq digər matçlara hazırlamalıyıq. Zədələilərimiz var. Az vaxtda çox diqqətli olmalıyıq ki, oyunçularmızın yoxluğu hiss olunmasın.

 

- "Atletiko" ilə ağır oyunun bu matça təsiri oldu?

- Bəlkə də, müəyyən dərəcədə oldu. Heyətdə də bəzi dəyişikliklər oldu. Elə futbolçularımız var idi ki, hər iki oyunda meydana çıxmışdılar. Bu qarşılaşmada həddindən artıq psixolji gərginlik var idi. Ağır görüşdən sonra futbolçular istədiyi kimi hazırlaşa bilmir. Amma birinci dəfə deyil ki, bu vəziyyətlə üzləşirik. Bəzi səhvlər psixoloji və fiziki yorğunluğun səhvidi.

 

- Buraxılan qolda ofsayd var idi?

- Gərək təkrara baxaq. Futbolda səhvlər olur. Bu cür oyunlarda həmişə ən gərgin olan insanlar hakimlərdi. Çalışırlar ki, ehtiyatlı olalar. 

 

- Bu gün ot çox sürüşkən idi...

- Əvvələr də nadir hallarda belə şeylər olurdu. Bu gün əvvəlki dövrlərə baxanda. ot daha qısa idi. Bu sürətli oyun üçün yaxşıdı.

 

- Demək olar ki, "Qəbələ" geri döndü?

- Belə şeylərə heç vaxt fikir verməmişəm. Normal bir haldı. Heç vaxt buna görə arxayınlaşmamalıyıq ki,çətin vəziyyətə düşməyək. (Futbol11.az)

Xəbər xətti