Riçard Almeyda: "Azərbaycanda qoyun əti yeməkdən bezmişəm"

11:39 - 25 Oktyabr 2017

“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Braziliya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Azəırbaycan millisində debüt etdiyi oyunu xatırlayan təcrübəli yarımmüdafiəçi ölkəmizdə xoşbəxt olduğunu deyib:

 

“Məğlub olduğumuz Şimali İrlandiya ilə oyunda Azərbaycan yığmasının heyətində debüt etdim. Azərbaycanda özümü yaxşı hiss edirəm. Çünki həm klubumda, yığmada mənə hörmət edilər. Burda təkcə maliyyə rol oynamır, mənə və ailəmə olan münasibətə görə də xoşbəxtəm. Oranın insanları çox yaxşıdılar və xaricilərə kömək edirlər”.

 

Almeyda seçmə mərhələnin son oyununda Almaniyaya 1:5 hesablı məğlubiyyəti yada salaraq Braziliyanın DÇ-2014-də daha böyük fərqlə uduzması ilə bağlı komanda yoldaşları ilə zarafat etdiyini söyləyib:

 

“Biz Almaniyaya 1:5 uduzduq, Braziliya isə 1:7 məğlub olmuşdu. Buna görə uşaqlarla zarafatlaşdım ki, biz qalib gəldik. “Qarabağ”da Çempionlar Liqasında çıxış etmək, “Çelsi”, “Real”a qarşı oynamaq imkanım var. Bu, mənim uşaqlıqdan xəyalım idi”.

 

Riçard ölkəmizdəki ilk illərdə dil problemi yaşadağını bildirib:

 

“Əvvəllər ünsiyyətdə problem olurdu. Çünki ingilis dilini bilmirdim, tərcüməçim dəyox idi. Buna görə “google” istifadə edirdim. Ancaq insanlar mənə kömək edirdilər. Onlar özümü evimdəki kimi hiss etməyimdə yardımçı oldular. Təkcə qoyun əti yeməkdən bezmişəm”.

 

Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən Azərbaycanda çıxış edir.

Xəbər xətti