"Qarabağ"da ciddi itki

19:32 - 27 Oktyabr 2017

Topaz Premyer Liqasının 10-cu turunda “Qarabağ” “Səbail”i qəbul edir.


Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ilk hissənin ortalarında itkiylə üzləşib. “Köhlən atlar”ın yarımmüdafiəçisi Pedro Enrike sıradan çıxıb. İlk hissənin ortalarında zədələnən braziliyalı yarımmüdafiəçi bir müddət meydanın kənarında tibbi yardım aldıqdan sonra matçın 26-cı dəqiqəsində Dani Kintana ilə əvəzlənib.

 

Hazırda ilk hissəsi oynanılan qarşılaşmada hesab açılmayıb.

Xəbər xətti