“Qarabağ”da ciddi itki: 7-8 ay oynamayacaq

18:30 - 30 Oktyabr 2017

“Qarabağ” ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin əsas üzvlərindən Bədavi Hüseynov uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

 

Çempionlar Liqasının qrup mərhələsinin “Atletiko” ilə ev oyununda zədələnən müdafiəçinin əvvəlcə 3-4 həftə kənarda qalacağı gözlənilsə də, bu müddətin daha uzun olacağı məlum olub. Belə ki, daha öncə millimizin üzvünün mensk zədəsi olduğu düşünülsə də, daha sonra diz çarpaz bağlarının qopduğu aşkar olub.

 

Almaniyaya əməliyyata yollanmış futbolçunun ən azı 7-8 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. (Komanda.az)

Xəbər xətti