"Atletiko"yla çətin oyun olacaq. İrəli getmək istəyirik, ancaq bunun çətin olacağını bilirik. Evdə daha təhlükəli oluruq”.
Sportal.az xəbər verir ki, bu fikirləri "Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana Çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Atletiko" ilə səfər oyunu öncəsi "Cadenaser" radiosuna deyib.
İspaniyalı oyunçu vətənindəki açılqamasında ölkəmizə yaxşı yaşadığını bildirib: "Azərbaycanda çox yaxşı yaşayırıq. Polşalı həyat yoldaşımla birgəyəm. Bakıdakı mühit futboldan kənar həyat tərzi sürməyimizə yardımçı olur. Orada bizə kral kimi yanaşmasalar da, hər şey çox yaxşıdır. Küçədə problemsiz gəzirik".
Qeyd edək ki, Kintana 2015-ci ildən "Qarabağ"da çıxış edir.
saytlarin hazirlanmasi