UEFA Gənclər Liqasında 4-cü tura start verilib.
Sportal.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan təmsilçisi "Qarabağ”ın U-19 komandası İspaniyada "Atletiko” ilə qarşılaşıb. Oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Qarabağ"ın qrupda ilk qələbəsidir. Qrupun digər matçında "Çelsi" səfərdə "Roma"nı məğlub edib - 2:1.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl "Çelsi”yə 0:5, "Roma”ya 0:3, "Atletiko”ya 1:5 hesabı ilə uduzub.
Gənclər Liqası
"Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Yaroslav Deda, 45
Madrid. "Estadio Cerro del Espino”
saytlarin hazirlanmasi