“Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiç “Facebook”dakı səhifəsində etdiyi maraqlı paylaşımla diqqət çəkib.
Sportal.az xəbər verir ki, uzun illərdi Ağdam klubunda çıxış edən qolkiper komanda yoldaşı Elvin Yunuszadə ilə birlikdə “Atletiko” ilə matçdan sonra bir-birini təbrik üçün qucaqlaşdıqları şəklin fotoşopda işlənmiş versiyasını paylaşıb.
Fotoda Şehiçin Elvinlə birlikdə Şuşa Qalasına doğru getdiyi əks olunub. Əcnəbi futbolçunun bu paylaşımı sosial şəbəkələrdə azarkeşlər tərəfindən sevinclə qarşılanıb.
saytlarin hazirlanmasi