Ramil Şeydayevin zədəsi nə yerdədir?

15:46 - 7 Noyabr 2017

Zədə səbəbindən U-21 millimizin heyətindən çıxarılan Ramil Şeydayevin durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, forvardın zədəsi ciddi deyil. Ramil Topaz Premyer Liqasının 12-ci turunda "Sumqayıt"la qarşılaşmaya qədər hazır olacaq.

 

Ağda klubunda digər zədəli oyunçular - Mahir Mədətovla Tarik Əlyunissi bərpa prosesi keçirlər. Bədavi Hüseynov üçün isə mövsüm artıq başa çatıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" görüşü noyabrın 17-də keçiriləcək.

 

Əlavə edək ki, "Qarabağ" Şeydayevi "Trabzonspor"dan mövsümün sonuna kimi icarəyə götürüb.

Xəbər xətti