Millimizin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev zədəsini sağaldıb.
Sportal.az xəbər verir ki, gənc forvard “Facebook” səhifəsində artıq məşqlərə başladığını bildirib:
“Təəssüf ki, Kosovo ilə matçda U-21-ə kömək edə bilməyəcəm. Çox istəyirdim, amma zədəyə görə alınmadı. Bu gündən yüngül məşqlərə başlamışam”.
Qeyd edək ki, Şeydayev də U-21-in Almaniya və Kosovoya qarşı keçirəcəyi oyunlar üçün açıqlanan heyətdə yer almışdı. Amma o, zədəli olduğu üçün millidən ayrılmaq məcburiyyətində qalmışdı.
saytlarin hazirlanmasi