UEFA "Qarabağ"ın futbolçusuna 2 oyunluq cəza verdi

10:18 - 17 Noyabr 2017

UEFA Çempionlar Liqasının 4-cü turunda səfərdə “Atletiko” ilə matçda qırmızı vərəqə alaraq meydandan qovulan “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrikenin cəzası müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, UEFA İntizam Komitəsi braziliyalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib. Bu o deməkdir ki, Pedro üçün Çempionlar Liqasının qrup mərhələsi başa çatıb. 

 

Qeyd edək ki, Enrike ÇL-in 4-cü turunda Madriddə “Atletiko” ilə matçda rəqib müdafiəçi Dieqo Qodinə qarşı kobud oynamış və birbaşa qırmızı vərəqə almışdı. 

Xəbər xətti