"Qarabağ" azarkeşlərə müraciət etdi

19:12 - 21 Noyabr 2017

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin V turunda Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək.


Sportal.az xəbər verir ki, Ağdam klubu sabah keçiriləcək qarşılaşma üçün azarkeşlərə müraciət edib. Müarciətdə deyilir:

 

"Azarkeşlərimizdən xahiş olunur ki, girişdə qarışıqlıq yaşamamaq üçün arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən istifadə edin. Çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır. İctimai dayanacaqla bağlı N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir. Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyundan 3 saat əvvəl açıq olacaq. Qarşılaşmaya 3 saat əvvəl gəlməyiniz xahiş olunur".

 

Bakı Olimpiya Stadionunun qapıları saat 18:00-dan etibarən açılacaq. 

 

Matç sabah 21:00-da start götürəcək.

Xəbər xətti