Miçel: "Çelsi"yə bizi məğlub etmək asan olmayacaq"

15:12 - 22 Noyabr 2017

“Qarabağ”ın yarımmüdafiəçisi Miçel Madera İspaniya mətbuatına danışıb.

 

Sportal.az xəbər verir ki, o, bu gün Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirəcəkləri oyun haqqında fikirlərini bildirib.

 

32 yaşlı futbolçu qrupdakı çətin durumdan söz açıb: “Ümid edirəm ki, “Çelsi” qarşısında yaxşı nəticə əldə edərik. Biz qrupa düşdüyümüz vaxt çətinliyi bilirdik. Rəqiblərin hamısı Avropanın böyük komandalarıdır. 4-cü yeri tutmaq onsuz da asan işdir. Amma biz nəsə etməliyik. Yaxşı nəticələr qazanmaq istəyirik. 3-cü pilləni qazanmaq olduqca çətindir. Biz şansımızın cüzi olduğunu bilirik. Çünki bu gün “Çelsi”dən xal almalıyıq. O zaman hər hansı şansımız yaranar”.

 

Miçel “Çelsi”yə qarşı keçirdikləri ilk oyunu da xatırlayıb: “Stemford Bric”də keçirdiyimiz oyun bir qəza idi. Həmin nəticəyə görə çox əsəbiləşdik. “Çelsi” böyük komandadır. Amma biz evdə oynayırıq və London klubu üçün bizi məğlub etmək asan olmayacaq. Məqsədimiz Çempionlar Liqasında oynamaq idi və bunu əldə etdik. Hətta daha irəli gedib bu cür qrupda xallar qazandıq. Yaxşı komanda üçün ağır işlərdir. İdeal olardı ki, “Çelsi”dən xal alaq. Rəqib çətin və mürəkkəb komandadır. Onlar öz taleylərini riskə atmaq istəməyəcəklər”.

Xəbər xətti