“Hamımız “Qarabağ” üçün çətin olacağını bilirdik”.
Sportal.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib. AFFA rəsmisi Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutan “Qarabağ” – “Çesli” oyununu izləyib.
Qurum prezidenti oyundan sonra əməkdaşımızın suallarını cavablandırıb. O, hakimin “Qarabağ”ın əleyhinə səhv qərarlar qəbul etdiyini deyib: “Epizodlara yenidən baxmaq lazımdı. Amma görünən odur ki, hakimlər oyunu “qırdılar”. Amma futboldu, hər şey ola bilər”.
Abdullayev “Qarabağ”ın son oyunlarda daha çox qırmızı vərəqə almasına toxunub: “Qarabağ” son oyunlarda çoz qırmızı vərəqə alır. Yəqin ki, qaydaları dəyişiblər (gülür). İnanmıram ki, bu, məqsədli şəkildə olsun”.
saytlarin hazirlanmasi