Britaniya səfiri: "Qarabağ"ın məğlubiyyətinə görə çox məyus oldum"

16:16 - 23 Noyabr 2017

“Qarabağ”ın dünənki məğlubiyyətinə görə çox məyus oldum".

 

Sportal.az xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Çelsi"yə 0:4 hesablı uduzduğu oyunu şərh edərkən deyib. 
 
O bildirib ki, "Qarabağ"ın Avropa Çempionlar Liqasında iştirakı özlüyündə bir qələbədir: "Düşünürəm ki, "Qarabağ"ın dünənki məğlubiyyətinə yox, Avropa Çempionlar Liqasında iştirakına fokuslanmalıyıq. Bu, möhtəşəm nailiyyətdir. Ancaq təəssüf ki, onlar məğlub oldu". (Apa)

Xəbər xətti