"Qarabağ" təşəkkür etdi: tarixi xoreoqrafiya üçün

18:02 - 24 Noyabr 2017

Məlum olduğu kimi, "Çelsi"ylə qarşılaşmada "Qarabağ" Futbol Klubu 20 000 azarkeş iştirakıyla Azərbaycan futbol tarixində ən böyük xoreoqrafiyanı gerçəkləşdirdi.

 

Sportal.az xəbər verir ki, "Qarabağ" 1 həftə öncədən Türkiyədən gələrək həmin tarixi anların reallaşmasında dəstək verən "1907 ÜNİFEB" dərnəyinin üzvlərinə təşəkkür edib. Bu barədə məlumatı klubun saytı yayıb.

 

Qeyd edək ki, qarşılaşmada "Qarabağ" 0:4 hesabı ilə məğlub olmuşdu.

Xəbər xətti