Avrokuboklarda qrup mərhələsinin 5-ci turundan sonra klubların yeni reytinq cədvəli açıqlanıb.
Sportal.az xəbər verir ki, 442 klubun yer aldığı siyahıda Azərbaycanın da 7 təmsilçisinin adı var.
Ən yaxşı göstəriciyə malik klubumuz yenə “Qarabağ”dı. Son ölkə çempionu, Azərbaycanı UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil edən Ağdam klubu son cədvəldə geriləyib. Bir neçə gün öncə doğma meydanda İngiltərə çempionu “Çelsi”yə məğlub olan təmsilçimiz bir pillə geriləyib və hazırda 20.500 xalla 66-cı sırada qərarlaşıb.
“Qarabağ”ı digər klublarımızdan “Qəbələ” izləyir. Əyalət təmsilçisi 5.250 xalla 191-cidi.
“Neftçi”, “Keşlə”, “Zirə”, “Kəpəz” və hazırda fəaliyyət göstərməyən “Xəzər Lənkəran” isə 3.825 xalla 244-cü pilləni bölüşürlər.
saytlarin hazirlanmasi