Topaz Premyer Liqasının 13-cü turunda səfərdə “Zirə”yə qalib gələn (3:2) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Çətin və maraqlı oyun oldu. Son vaxtlar çempionatın ən gərgin oyunlarından biri idi. Futnolçularımı təbrik edirəm. İki fərqli hissə izlədik. Oyunçular sona kimi mübarizə apardılar. Bəzi komponentlərdə oyunumuz alınsmasa da, sonda qələbə qazana bildik. Ayxan Abbasovu da yaxşı komanda yaratdığına görə təbrik edirəm.
- Mahir Mədətov qol vurduqdan sonra Rəşad Sadıqov ona nə isə dedi...
- Mahirin “sarı”sı var idi. Buna görə, Rəşad ona diqqətli olmağı məsləhət bildi.
- Ansi Aqollinin zədəsi nə yerdədi?
- Onun zədəsi ciddi deyil. Ancaq tam olaraq vəziyyətinə sabah aydınlıq gələcək.
- Riçard Almeydanın əvəzlənməsi nə ilə bağlı idi?
- Onun da yüngül zədəsi var idi. Buna görə onu əvəzləmək qərarına gəldim.
- “Çelsi” ilə oyundan sonra hamı qapıda Kanibolotskinin yer alacağını gözləyirdi. Lakin siz Şahruddin Məhəmmədəliyevə şans verdiz...
- İstədim ki, heyətdə əlavə bir yerli futbolçu olsun. Belədə, oyun zamanı bu barədə çətinliklə üzləşməyək.
saytlarin hazirlanmasi