Topaz Premyer Liqasının XIII turu “Qarabağ”ın futbolçusu Ansi Aqolli üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, albaniyalı müdafiəçi Azərbaycan çempionatlarında yubiley – 200-cü matçını keçirib. 35 yaşlı legionerin yubileyi “Zirə” ilə səfər qarşılaşmasına (3:2) təsadüf edib. 2010/11 mövsümündən “Qarabağ”da çıxış edən Ansi ölkəmizdə yalnız bir klubda çıxış edib. Nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla keçirdiyi 200 oyunun hamısına “Qarabağ” formasında çıxan müdafiəçinin hesabında 3 qol var.
Qeyd edək ki, Ansi Azərbaycan çempionatlarında 200 və daha çox oyun keçirən 7-ci legionerdir.
Mövsüm oyun qol
2010/11 31 0
2011/12 31 1
2012/13 27 1
2013/14 34 1
2014/15 25 0
2015/16 24 0
2016/17 21 0
2017/18 7 0
Cəmi 200 3
saytlarin hazirlanmasi