Maksim Medvedev: "Meydana təzyiqsiz çıxacağıq" MÜSAHİBƏ

22:27 - 4 Dekabr 2017

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” sabah “Roma”nın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, “canavarlar”la oyundan əvvəl təmsilçimizin müdafiəçisi Maksim Medvedev oyunla bağlı mətbuat konfrasında fikirlərini bildirib:

 

- Son oyunumuza gəlmişik. Rəqibi tanıyırıq, təzyiqsiz meydana çıxacağıq. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. “Roma” üçün hər şey bizimlə oyundan sonra bilinəcək.

 

- Sabahkı oyunda “Qarabağ”ın bir neçə müdafiəçisi oynaya bilməyəcək. Bu problemi necə yoluna qoyacaqsınız?

- “Qarabağ”ın 2 ən təcrübəli müdafiəçisi yoxdu. Amma onları əvəzləyə biləcək futbolçularımız var. “Roma” kimi rəqiblə hər dəfə oynamaq imkanımız olmur, amma həvəsli futbolçularımız var. Məhz bu həvəs sayəsində oynaya bilməyənlərin yerini sığortalaya bilərlər. 

 

- Uzun illərdi “Qarabağ”dasan, yetərincə beynəlxalq təcrübən var. Karyeranı ölkə xaricində davam etdirmək istəyirsənmi? Ümumiyyətlə, hansısa təklif almısanmı?

- 5 ilə yaxındı Avropa səviyysəində çıxış edirik. İldən-ilə təcrübəmiz artır. Böyük klublara qarşı başabaş mübarizə aparırıqsa, digər futbolçular da Avropada çıxış edə bilər. Oyunlarmızı skautlar izləyir. Təkliflərin gəlməyi normal haldı. 

 

- Karyeranboyu “Qarabağ”da çıxış etmisən, Rəşad Sadıqovun yoxluğunda meydana kapitan kimi sən çıxacaqsan. Onun yoxluğunu necə ifadə edə bilərsən?

- Onun yoxluğu böyük yoxluqdu. Rəşadın varlığı bizim üçün motivasiya olur. Sabah çalıaşcam ki, Sadıqov kimi rəftar edib, komanda yoldaşlarıma dəstək olum, mübarizə aparaq.

Xəbər xətti