Dani Kintana: "Roma" ilə matçda qələbə qazanmaq istəyirəm"

10:55 - 5 Dekabr 2017

"Qarabağ"ın futbolçusu Dani Kintana Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəsi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi "canavarlar"la qarşılaşmada qələbə arzuladığını deyib: “Atletiko”ya kömək etmək barədə düşünmürəm. "Roma" ilə matçda qələbə qazanmaq istəyirəm".

 

İspaniyalı futbolçunun sözlərinə görə "Roma"ya qalib gəlmək asan olmayacaq: "Məncə, bu, utopiya deyil. Biz Romada uğurlu nəticə əldə edəcəyimizə inanırıq”.

 

Qeyd edək ki,  “Roma” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Xəbər xətti