UEFA Çempionlar Liqasının qrup mərhələsi artıq başa çatdı.
Sportal.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupu 2 xalla başa vurdu.
Qurban Qurbanovun komandası keçirdiyi 6 oyundan yalnız ikisində heç-heçə edə bildi. Ağdam klubu evdə və səfərdə Madrid “Atletiko”sundan xal almağı bacardı.
Bununla da komandamız qrup mərhələsində də qazanc əldə etdi. Pley-off-da Danimarka “Kopenhagen”ini məğlub edən “köhlən atlar” 12,7 milyon avroya sahib çıxmışdı.
İki heç-heçəyə görə də komandamız 1 milyon avro əldə edib. Üstəlik, marketinq gəlirlərini nəzərə alsaq, buradan təxminən 2 milyon yarım avro gəlir əldə ediləcək.
Beləliklə, “Qarabağ”ın ÇL-dən ümumi qazancı təxminən 16 milyon avro olacaq. Bu da 32 milyon manat edir.
saytlarin hazirlanmasi