“Qarabağ” Çempionlar Liqasının başa çatan qrup mərhələsində ən çox qırmızı vərəqə alan komanda olub.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin 3 futbolçusu – cənubi afrikalı hücumçu Dino Ndlovu, braziliyalı yarımmüdafiəçi Pedro Enrike və müdafiəçi, kapitan Rəşad Sadıqov meydandan kənarlaşdırılıb.
Təmsilçimizin bu göstəricidə ən yaxın izləyicisi Portuqaliyanın “Benfika” klubudu. Lissabon təmsilçisinin passivində 2 qırmızı vərəqə var. “Feyenoord” (Hollandiya), “Monako” (Fransa), “Porto” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), “Barcelona”, “Atletiko” (hər iksi İspaniya), “Leyptsi” (Almaniya), “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Anderlext” (Belçika) və “Roma” nın (İtaliya) isə 1 futbolçusu “qırmızı” alıb.
saytlarin hazirlanmasi