Cari mövsümdə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın 2 gün əvvəl Avropa macərası bitdi.
Sportal.az xəbər verir ki, “Çelsi”, “Atletiko” və “Roma”nın yer aldığı qrupda 2 xal toplamağı bacaran Azərbaycan çempionu bununla da qitə yarışlarındakı iştirakını başa vurdu.
Ağdam klubunun albaniyalı müdafiəçisi Ansi Aqolli dünən sosial şəbəkələrdəki hesabında avrokuboklardakı çıxışları və azarkeşlərə bağlı fikirlərini bildirib.
“Beləliklə bitti. Bizim Çempionlar Liqası təcrübəmiz burada başa çatdı. Biz bu qrupdan 2 xal ala bildik ki, hər kəs bizim şansımızın olmadığını fikirləşirdi. Ümumiyyətlə, Avropada “Qarabağ” və Azərbaycan səsləri eşitdik. Amma əminəm ki, hamınız bizimlə qürur duydunuz. Stadionlardakı möhtəşəm atmosfer, bizlərə göstərmiş olduğunuz səmimiyyət və sevgi üçün bütün azarkeşlərə təşəkkür edirəm. İndi biz artıq Premyer Liqanı düşünürük. Çünki gələn il yenidən Çempionlar Liqasında oynamaq istəyirik.
Hər zaman “Qarabağ”.
Qeyd edək ki, Aqolli 2010-cu ildən “Qarabağ”ın şərəfini qoruyur. Onun komanda ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
saytlarin hazirlanmasi